Dövlət Komissiyası ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

15:31 02-02-2017 | icon 5040
Dövlət Komissiyası ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yayıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Bu barədə Oxu.Az-a Dövlət Komissiyasından bildirilib.

“Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə Komissiyanın məlumatında bildirilib.
 
N.О.


Digər xəbərlər

0.24516010284424