Pasportların verilməsi qaydasında dəyişiklik edilib
Əhaliyə ümumvətəndaş pasportlarının verilməsi işinin səmərəliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, artıq vətəndaşlar ümumvətəndaş pasportu almaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsinə də müraciət edə bilərlər.
Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala bilərlər.
Sənədlər həftənin bütün günləri səhər saat 9:00-dan axşam saat 18:00-a qədər qəbul edilir.
Əlavə məlumat almaq istəyənlər (012) 590-64-31 şəhər və (050) 555-59-91 mobil nömrələrinə zəng vura bilərlər.
E.Ə.
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...