Bakıda futvole Bayramı: "Baku World Open"in qalibi məlum oldu - FOTO
Avqustun 5-də Bakı Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnirə yekun vurulub.
Azeripress.az xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı, «Bizon Energy Drink» və NİCOS-un sponsorluğu keçirilən turnir iki gün davam edib. Beynəlxalq futvole yarışları sırasına daxil olan və "Baku World Open" adlanan turnirdə kişilərdən ibarət 8, qadınlardan ibarət 4 komanda yarışıb.
Qadınların yarışında Azərbaycan, Rusiya (iki komanda) və Ukrayna yığması iştirak edib. Kişilərin yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya (iki komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna komandaları mübarizə aparıb. Əvvəlcə Azərbaycanın qadınlardan ibarət yığması Rusiyanın birinci komandası ilə qarşılaşıb. Təmsilçilərimiz ilk görüşdə qalib gəliblər - 2:0.
Sonra turnirin açılış mərasimi keçirilib. Mərasimdə AFNA-nın prezidenti Vüqar Xəlilov yarış iştirakçılarını və idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Daha sonra "Baku World Open" turniri rəsmi olaraq açıq elan edilib. Yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib. Qrup mərhələsi çərçivəsində keçirilən matçlar sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb. Turnirin bu mərhələsində Hollandiya Azərbaycan yığmasını məğlub edərək, finala vəsiqə qazanıb. Rusiya komandası üz-üzə gələn İran yığması rəqibini yenərək, finala adını yazdırıb. Gərgin keçən final qarşılaşmasında, avropalılar Asiya təmsilçisinə 2:1 hesabı ilə qalib gələrək, ilk dəfə keçirilən "Baku World Open”in qalibi adını qazanıb.
Qeyd edək ki, qadınların yarışında Ukrayna yığması qızıl medalları əldə edib.
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...