"Ovçular" - Adını unuda bilərsiniz, dadını əsla!
İnsanın yaşaması üçün “olmasa olmazlar”dan biri də, təbii ki, qidadır. Bəşər tarixi boyunca insan qida məsələsinə çox önəm verib, verir və verəcək də. Dövrümüzdə isə bu məsələ daha aktualdır. Çünki hazırda qida sənayesi çox şaxələnib. Qidalar artıq yeni texnologiyalarla istehsal edilir. İstehlakçı isə qidanın istehsalından, saxlanma şəraitindən, qidaya əlavə olunan qatqı maddələrindən tutmuş, son istifadə müddətinə qədər bütün detalları bilib seçim etmək istəyir. Seçim imkanı, rəqabət artdıqda isə istehlakçı həssaslığı da artır. Bir də bura insanın dini həssaslığı əlavə olunduqda, məsələ daha da əhəmiyyət kəsb edir. Ona görə ki, dünyada belə bir tendensiya mövcuddur: müxtəlif dindən olan insanlar dinlərinin tələblərinə uyğun qidalanmaq istəyir və istehlakçıları da bu sahəyə istiqamətləndirirlər. Bu sahə isə yeni bir sektorun yaranmasına rəvac verib - Halal Qida sektoru. Bu tendensiya Azərbaycan üçün də keçərlidir. Çünki ölkə əhalisinin 96 faizindən çoxu, ən azından özünü müsəlman adlandırır. Bu isə təbii ki, Halal Qida sektoruna tələbatı artırır. Bu sektorun əsas sahələrindən biri də ət və ət məhsulları sahəsidir. Bu sahədə də lider şirkətlərdən biri, heç şübhəsiz, “Ovçular” ət və ət məhsulları firmasıdır.
Qeyd edək ki,“Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən ilk dəfə Azərbaycanda ət məhsullarının emalı üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamışdır.
"Ovçular" ət və ət məhsulları yeni texnologiyaları ilə istehsala nail olmuşdular. İstehsal zamanı Almaniyanın, Polşanın, Avstriyanın məhşur şirkətlərinin müasir avadanlıqlarından istifadə olunur. Onu da nəzərinizə çatdıraq ki, "Ovçular" şirkəti 2010-cu ildə Ət və kolbasa məmulatlarının istehsalında verdiyi töhfəyə görə "Uğur" mükafatına layiq görülmüşdür.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...