Bakıda ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər – VİDEO

11:45 03-02-2017 | icon 11045
Bakıda ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər – VİDEO

Bir çox kafe və restoranlarda ofisiantları həm qabyuyan, həm də yer silən kimi işlədirlər. Onlar 15-16 saat işlədildiklərini, müqabilində isə az maaş aldıqlarını deyirlər. Bu da azmış kimi, məcburi əməyə də cəlb edilirlər. Bəs işçiləri məcburi əməyə cəlb edənləri hansı cəza gözləyir? 

Oxu.Az Baku.Ws-ə istinadən xəbər verir ki, bu videomüraciəti “Xəzər Xəbər”ə göndərən ofisiantlar iş yerlərində məcburi əməyə cəlb edildiklərini iddia edirlər.

Bildirirlər ki, bir çox kafe və restoranda ofisiantlara digər işlər də gördürülür. Gənclər iddia edir ki, 15-16 saat işlədildikdən sonra cüzi maaş alırlar. Ofisiantlardan əlavə, hətta aşbaz qadın da həm qab yuyur, həm yer silir.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirirlər ki, personalın aid olmayan işlərə məcbur edilməsi inzibatı xəta sayılır. Buna görə obyekt sahiblərini 1000 manatdan 2000 manata qədər cərimə gözləyir.

Xidmətin sektor müdiri Emil Allahverdiyev deyir ki, işdə belə məcburiyyətlərlə qarşılaşan işçilər 142 çağrı mərkəzinə zəng vuraraq məlumat verməlidirlər.

İ.N


Digər xəbərlər

0.32009196281433