Boks federasiyasının rəhbərliyi dünya çempionatına yollanacaq komanda üzvləri ilə görüşüb
Azərbaycan Boks Federasiyasının vitse-prezidentləri Süleyman Mikayılov və Rövşən Hüseynov dünya çempionatına yollanacaq komanda ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, yığıncaqda milli üzvləri ilə yanaşı, ABF-in baş katibi Nağı Səfərov, yığmanın rəisi Anar Məmmədov və məşqçilər korpusu iştirak ediblər.
Komandanın hazırkı durumu ilə maraqlanan Süleyman Mikayılov Almaniyanın Hamburq şəhərində keçiriləcək mötəbər yarışda hər bir rinq ustamızdan uğurlu çıxış gözlədiyini bildirib. O, əvvəlki dünya çempionatında olduğu kimi bu dəfə də yığmamızın azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib.
Komandamızın baş məşqçisi Leonid Loivski təlim-məşq toplanışlarının plana uyğun getdiyini və milli üzvlərinin yarışa tam hazır olduğunu vurğulayıb. Bildirib ki, dünya çempionatına lisenziya qazanan hər bir boksçu mundialda medal qazanmaq gücündədir.
Yığma üzvləri Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) Hamburqda mükafata iddialı olacaqlarını deyiblər.
Baş katib Nağı Səfərov və vitse-prezident Rövşən Hüseynov da komanda üzvləri ilə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, lazımı təlim-məşq toplanışı keçən millimiz son analoji yarışlarda olduğu kimi bu dəfə də ölkəmizi layiqincə təmsil etməyə hazırdır.
Ardınca gənclərdən ibarət yığmanın baş məşqçisi Vaqif Şirinov komandası barədə məlumat verib. O bildirib ki, Avropa birinciliyinə hazırlaşan heyətdə güclü boksçular cəmləşib və parlaq gələcək vəd edirlər.
Qeyd edək ki, dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına yollanmayacaq. Həkimlər hazırlıqda zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər.
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...