Sabah bu şəhər və rayonlarda qaz olmayacaq
Bazar ertəsi Bakının Sabunçu, Xəzər rayonlarının, həmçinin Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin qaz təchizatı məhdudlaşdırılacaq.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
A.M.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...