Məmur oğlunun qəza xəbərini saytlardan kim sildirir?
Ötən gün sosial şəbəkələrdə müzakirə edilən əsas məsələlərdən biri yüksək vəzifəli məmur oğlunun 10-AC-100 nömrəli Range Roverlə yaşlı qadını vurması oldu.
Bu haqda Facebook sosial şəbəkəsində müstəqil yazar və tanınmış bloger İlqar Atabəyli məlumat paylaşıb.
Yazılan statusdan aydın olur ki, qəzanı törədən şəxs Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğludur.
İnternetdə bu haqda əlavə məlumatlar əldə etməyə çalışdıq. Axtarış edərkən bəlli oldu ki, bir çox xəbər saytlarından bu yazı silinib. Amma digər saytlardan bəzi məlumatlar əldə etməyə nail olduq.
Əldə etdiyimiz məlumatlardan belə aydın oldu ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədib.
Bu məlumatı icra başçısının müavini özü də təsdiqləyib. Hətta yerli saytlardan birinə bununla bağlı açıqlama da verib.
O bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...